Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Dərs vaxtı''nda cədvələ uyğun mövzular təqdim olunub

''Dərs vaxtı''nda cədvələ uyğun mövzular təqdim olunub

Tarix: 11 Sentyabr 2020 17:40

"Mədəniyyət", "ARB Günəş" telekanalları və "Təhsil" televiziyasının "Facebook" səhifəsində yayımlanan "Dərs vaxtı" proqramı sentyabrın 11-i üçün nəzərdə tutulan cədvələ uyğun təqdim olunub.

Təhsil Nazirliyindən Sonxeber.net-a bildirilib ki, proqramda Azərbaycan bölməsi üzrə IX siniflər üçün fiziki tərbiyə, Azərbaycan dili, riyaziyyat və ingilis dili, X siniflər üçün Azərbaycan dili, riyaziyyat, ingilis dili, XI siniflər üçün Azərbaycan dili, riyaziyyat, ingilis dili və müəllimdən məktub üzrə dərslər təqdim olunub.

Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, mövzuları "Dərs vaxtı"nda öyrənməyi tövsiyə edir. Çünki şagirdlər üçün teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır.


Etiketlər:  Dərs vaxtında cədvələ uyğun mövzular təqdim olunub


RƏYLƏR