Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Sentyabr 2020 14:15
Bakı. Samir Əli - Trend:
Nəsimi Rayon Məhkəməsində sabiq səfir, hazırda həbsdə olan Eldar Həsənov barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı verdiyi vəsatətə baxılıb.
Trend-in məlumatına görə, hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə vəsatət araşdırılıb və qərar elan olunub.
Məhkəmənin qərarı ilə vəsatət təmin edilməyib.
Qeyd edək ki, Eldar Həsənova qarşı Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) 308-1.1-ci (büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməməsi) maddələri ilə ittiham irəli sürülüb. Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində noyabrın 3-dək həbs qətimkan tədbiri seçilib.
E. Həsənov Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olub.