Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Oyunlarımızı daha da yaxşılaşdırmağa səy göstərəcəyik'' - Aftandil Hacıyev

''Oyunlarımızı daha da yaxşılaşdırmağa səy göstərəcəyik'' - Aftandil Hacıyev

Tarix: 29 Iyun 2019 01:32

“Növbəti yoldaşlıq görüşümüzü keçirdik. Toplanışdakı üçüncü oyunumuzda rəqibimiz Rumıniya komandası idi. UEFA Avropa Liqasında da rəqibimiz Rumıniya təmsilçisi olduğuna görə, bizim üçün bu komanda ilə oynamaq böyük əhəmiyyət kəsb edirdi. Rəqibimiz mübariz, təcrübəli bir komanda idi. Hətta heyətlərində bizim çempionatdakı “Zirə”dən Gabriel Matei və “Neftçi”dən Derlis Meza Kollini də görə bilərik. Düşünürəm ki, maraqlı oyun alındı".

Qol.az-ın məlumatına görə, bu sözləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Bolqarıstanda təlim-məşq toplanışı çərçivəsində "Klinçeni" (Rumıniya) klubu ilə qolsuz bərabərə qaldıqları oyundan sonra deyib.

Klubun rəsmi saytına danışan 37 yaşlı mütəxəssis bildirib ki, hələ futbolçuları tam hazır deyil: "Lakin çalışırıq ki, hər bir futbolçuya fərdi yanaşaq. Onların fiziki durumunu balanslaşdırmaq üçün müəyyən dəqiqələrə bölmüşük. Yeni futbolçularımızdan Mirabdulla və Eriko bu oyunda heyətdə yer almışdılar. Bundan sonra çalışacağıq ki, komandanı iyulun 11-də keçirəcəyimiz oyuna formalaşdıraq. Bu oyunda ən çox xoşuma gələn məqam o oldu ki, əvvəlki oyunlarla müqayisədə futbolçular daha intizamlı və diqqətli oynadılar. Bundan sonra oyunlarımızı daha da yaxşılaşdırmağa səy göstərəcəyik”.

 


Etiketlər:  Oyunlarımızı daha yaxşılaşdırmağa səy göstərəcəyik Aftandil Hacıyev


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ