Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xanımlar, DİQQƏT! - Bu 9 qida ilə dəriniz təravətlənəcək

Xanımlar, DİQQƏT! - Bu 9 qida ilə dəriniz təravətlənəcək

Tarix: 12 Sentyabr 2020 16:54

Hovuz, günəş və qum-bütün bunlar yay aylarında dərimizin təravətini itirməsinə səbəb oldu. Buna maska ​​və dezinfeksiya edici vaistələri də əlavə edildikdə dəri parlaqlığını və gözəlliyini itirməyə başladı. Bəs dərimizi yeniləmək mümkündürmü? Buna nail olmağın əsas yolu süfrəmizdən keçir.

"Dərimizə faydalı olan qidalar hansılardır?" sual verirsinizsə, o zaman diqqətiniz bizdə olsun.

Sonxeber.net Lent.az-a istinadən dərini yeniləməyə kömək edən 9 qida haqqında məlumatları təqdim edir:

1. Avokado

Avokado sərbəst yağ turşuları baxımından ən zəngin qidalardan biridir. Dərinin sağlamlığında yaxşı antioksidan olan A və C vitaminləri ilə də zəngindir. Bu qidadan gündəlik həyatımızda qəbul edə bilərik.

2. Yumurta

Kollagen dərinin yenilənməsində və toxumaların yaxşılaşmasında iştirak edən ən vacib zülaldır. Yumurtanın ağı kollagenin ən yaxşı mənbəyidir, çünki tərkibində glisin və prolin də daxil olmaqla kollageni təşkil edən digər amin turşuları var. Sağlam bir insan, hər gün bir qaynadılmış yumurta istehlak edərək dəri cavanlaşmasına da kömək edə bilər.

3. Günəbaxan toxumu

Günəbaxan toxumları dəri hüceyrələrinin bərpasına kömək edə bilən linoik turşusu olan bir qidadır. Bir ovucdan çox olmayaraq həftədə 2 və ya 3 dəfə günəbaxan toxumu istehlak edərək dərinizin cavanlaşmasına kömək edə bilərsiniz.

4. Qırmızı bibər

Qırmızı bibər, orqanizmin A və C vitaminlərinə çevirdiyi beta karotenin əla mənbəyidir. Bu karatonoidlər günəşə həssaslığı azaldır, göz ətrafındakı incə xətlərin və qırışları azaldır. Gündəlik həyatda yemək və salatlarımızda istər bibər pastası kimi, istərsə də çiy istifadə edə bilərik.

5. Qızılbalıq

Qızıl balıqda yaxşı antioksidan olan sərbəst yağ turşuları, omeqa-3 yağ turşuları var. Sərbəst yağ turşuları sağlam dəri hüceyrələri üçün təməl daşları rolunu oynayır. Bədənimizin sərbəst yağ hüceyrələrini istehsal etmək qabiliyyəti yoxdur. Onları qəbul etdiyimiz qidalardan götürərək dərini qalın, elastik və nəm saxlaya bilərik. Eyni zamanda, omeqa-3 yağ turşuları qızartı və sızanaqlara səbəb ola biləcək iltihabı azaldır. Bu səbəbdən həftədə bir dəfə qızıl balıq yesək, həm ümumi sağlamlığımız, həm də dərimizin gözəlləşməsi üçün faydalı olar.

6. Qoz

Dəri sağlamlığımız üçün böyük faydaları olan qoz, bədənimizin öz-özünə yarada bilmədiyi sərbəst yağ turşuları olan omeqa 3 və omeqa 6 ilə zəngindir. Bunlar dərinin elastikliyini artırır, sallanmaların qarşısını alır və dərini cavan saxlayan kollagenin sintezində mühüm rolu olan amin turşularıdır. Gündəlik həyatda qəlyanaltılarımızda və ya səhər yeməyimizdə 2 və ya 3 ədəd bütöv qoz yemək faydalı olacaq.

7. Pomidor

Pomidora qırmızı rəng verən likopen, dərini günəşin zərərli şüalarından qoruyan güclü bir antioksidandır. Likopenlə zəngin olan pomidoru salat və yeməklərimizdə istər doğranmış, istərsə də tomat pastası kimi istifadə edə bilərik.

8. Acı şokolad

Acı şokoladdakı kakao, yaxşı bir antioksidan olan yüksək miqdarda flovonaid ehtiva edir. Bu flovonoidlər dərinin dartılmasına kömək edir. Gündə 20 qramdan çox olmayan və tərkibində yüzdə 70-dən çox kakao olan acı şokolad istehlak edə bilərsiniz.

9. Qırmızı üzüm

Yaşlanmaya qarşı qəbul olunan ən yaxşı qidalardan biri də qırmızı üzümdür. Qırmızı üzümü mövsümündə gündəlik olaraq 1 hissə (15-20) və ya quru olaraq 1-2 xörək qaşığı dolusu qəbul edə bilərsiniz.


Etiketlər:  Xanımlar DİQQƏT qida ilə dəriniz təravətlənəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ