Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İspaniyada koronavirus vaksininin kliniki sınaqları başlayıb

İspaniyada koronavirus vaksininin kliniki sınaqları başlayıb

Tarix: 14 Sentyabr 2020 18:08

Bakı. Trend:

İspaniyada koronavirus vaksininin kliniki sınaqları başlayıb.

Trend-in məlumatına görə, Santander şəhərində xəstəxanaların birində “Johnson & Johnson” şirkətinin hazırladığı vaksin sınaqdan keçirilir.

Sabahdan etibarən isə sınaqlar paytaxt Madriddə başlayacaq. Sınaqlarda iki yaş qrupuna bölünmüş (18-55 və 65 yaşdan yuxarı) 190 könüllü iştirak edəcək.

Sınaqların ilk iki mərhələsinin 6 ayadək müddət ərzində keçirilməsi planlaşdırılır.

İspaniyadan başqa həmin vaksin Belçika və Almaniyada da sınaqdan keçiriləcək. Bu prosesdə ümumilikdə 550 könüllü iştirak edəcək.


Etiketlər:  İspaniyada koronavirus vaksininin kliniki sınaqları başlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ