Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda qadını avtomobil vurub

Bakıda qadını avtomobil vurub

Tarix: 15 Sentyabr 2020 08:20

Bakının Nizami rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə metronun Qara Qarayev stansiyasının yaxınlığında qeydə alınıb.

Belə ki, 1961-ci il təvəllüdlü Slobodina Valentina Yureyvna yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu  minik avtomobili vurub.

Yaralı ağır vəziyyətdə 3 nömrəli şəhər xəstəxanasına yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, o çoxsaylı sınıq xəsarətləri alıb, vəziyyəti ağır qiymətləndirilir.

Milli.Az


Etiketlər:  Bakıda qadını avtomobil vurub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ