Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Sentyabr 2020 16:52
Rusiya aviaşirkətləri hazırda sərhədlərin bağlı olduğu ölkələrə uçuşların keçirilməsi üçün müraciət edib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu müraciətlə əlaqədar olaraq Rusiyanın Aviaşirkətlərə uçuş icazələrinin verilməsi üzrə Qurumlararası komissiyasınınsentyabrın 17-də iclası keçiriləcək.
Qeyd olunur ki, "Red Wings" və "Azimut" şirkətləri Azərbaycana uçuşlara keçirilməsi üçün müraciət edib. Bundan başqa, digər aviaşirkətlər Belarus, Almaniya, Çin, İspaniya, Yunanıstan, İtaliya, İsrail, Kipr, Gürcüstan, Qazaxıstan və digər ölkələrə uçuş icazələrinin verilməsini istəyib.