Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Iyun 2019 23:12
Bakı. Samir Əli - Trend:
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində hava şəraitinin dəyişməsi barədə məlumat yayıb.
Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, iyunun 29-u axşam saat 17.00-21.00 radələrində Ağstafa, Naxçıvan, Gədəbəy, Naftalan, Tər-Tər, Yevlax, Şəmkir, Daşkəsən, Gəncə, Mingəçevirdə yağış qeydə alınıb, şimşək çaxıb.
Şəmkir, Gəncə, Şərur, Bərdə, Tərtər, Yevlax, Daşkəsən, Mingəçevir, Naftalan, Ağdam, Göyçay rayonlarında 17-23 m/s qərb küləyi əsib, bəzi yerlərdə arabir 28-32 m/s-dək güclənib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin