Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Sentyabr 2020 13:02
Bakının şimal istiqamətindən paytaxta giriş-çıxışda tıxacların qarşısını almaq məqsədilə tədbirlər davam etdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Sonxeber.net-a sorğusuna cavab olaraq bildirilib ki, bu məqsədlə paytaxtın Binəqədi rayonu, Sulutəpə dairəsində tıxac və ləngimələri aradan qaldırmaqla vətəndaşların rahat hərəkətinin təmin olunması üçün yol qovşağının inşası davam etdirilir: "Qovşaq 2 yol ötürücüsündən ibarətdir. Yol ötürücüləri Biləcəri, Binəqədi, həmçinin Şamaxı və qeyd edilən istiqamətdə yerləşən qəsəbələrdən hərəkət edə avtonəqliyyat vasitələrinin dairədəsıxlıq və tıxac yaratmadan paytaxt istiqamətinə rahat və maneəsiz hərəkətini təmin edəcək. Bununla da sözügedən dairədə xüsusən günün pik saatlarında müşahidə olunan tıxac və ləngimələr tam aradan qaldırılmış olacaq.
Yol ötürücüləri 3 və 4 aşırımlı olmaqla uzunluqları 69 və 128 metr, eni isə 9 metr təşkil edəcək. Hazırda körpülərin dayaqlarının inşası aparılır. Növbəti mərhələdə aşırım hissələrinin inşasına başlanılacaq. Layihə əsasında dairə ətrafında olan 2350 metr uzunluğa malik yolların təmiri, piyada səkilərinin yaradılması, 600 metrdən çox istinad divarlarının inşası nəzərdə tutulur".
Məlumatda qeyd edilir ki, yol qovşağının tikintisi bu ilin sonuna qədər başa çatdırılaraq sürücülərin istifadəsinə veriləcək.