Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyun 2019 07:03
Bakı. Elçin Mehdiyev - Trend:
Bu gün Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası başlayır.
Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, sessiya iyulun 10-dək davam edəcək.
Komitənin Bakı sessiyasında dünya mədəni irs siyahısına daxil etmək üçün təqdim olunmuş 42 təklifdən sadəcə 36 təqdimatı nəzərdən keçiriləcək. Bunlardan 6-sı təbiət, 28-i mədəniyyət və 2-si qarışıq (yəni həm təbiət, həm də mədəniyyətə aid) təkliflərdir.
Tədbir UNESKO və BMT-nin saytı vasitəsilə birbaşa yayımlanacaq.
Sessiyada iştirak etmək üçün Səudiyyə Ərəbistanın Mədəniyyət naziri Şahzadə Bader Bin Abdullah, Bosniya və Herseqovinanın Xarici İşlər naziri Draqan Covic, Kamboca Respublikasının Mədəniyyət və İncəsənət naziri Sackona Foeunq, Özbəkistanın Mədəniyyət naziri Bəxtiyar Sayfullayev, Fil Dişi Sahili Respublikasının Mədəniyyət naziri Kouakou Mauris Bandaman, Tatarıstan Mədəniyyət naziri İradə Eyyubova, İraq Respublikasının Mədəniyyət naziri Əbdüləmir Madhi, Bolqarıstan Mədəniyyət naziri Boil Banov, Pakistan İslam Respublikasinin Mədəniyyət ve Turizm naziri Sayed Sardar Ali Şah, İspaniya Krallığı Kanar Adalarının Mədəniyyət, Turizm və İdman naziri Isak Kasteyano, Myanma İttifaqı Respublikasinin Mədəniyyət və Dini İşlər naziri Ang Ko Tura, Pakistan İslam Respublikasının Pəncab Vilayətinin Təhsil və Turizm naziri Yasir Humayun, Laos Xalq Demokratik Respublikası İnformasiya Mədəniyyət və Turizm naziri Bosenqxam Vondara, Kamerun Respublikasının Meşə Təsərrüfat naziri Ndonqo Jules Doret, Uqanda Respublikası Turizm və Əntiq Əşyalar naziri Əmfraim Kamuntu, Şimali Makedoniya Respublikasinin Diaspora İşlər naziri Edmond Adəmi, Qazaxıstan Respublikasinin Mədəniyyət və İdman naziri Aristanbek Muxamedul ölkəmizə səfər edəcək.
Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında dünyanın 180-dan artıq ölkəsindən 2500 nəfərdən çox nümayəndə iştirak edəcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin