Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Sentyabr 2020 17:24
Təhsil Nazirliyi dünən Bilik Günü münasibəti ilə orta məktəblərin birində himn səslənən zaman qızın huşunu itirməsi məsələsinə aydınlıq gətirib.
Sonxeber.net xəbər verir ki, bununla bağlı Nazirlik oxu.az-ın sorğusunu cavablandırıb:
"Videoda göründüyü kimi şəxs özünü narahat hiss edib və huşunu itirərək yıxılıb. Müəssisə tərəfindən dərhal təcili tibbi yardım çağırılıb və 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. İlkin yardım edilərək, müayinələrdən keçirilib, həmin gün evə buraxılıb. Müalicəsi ev şəraitində aparılır, vəziyyəti yaxşıdır. Məsələ Təhsil Nazirliyinin diqqətindədir".