Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nazirlik: Böyrək transplantasiyası olunan şəxslərə əksər hallarda 2-ci dərəcə əlillik verilir

Nazirlik: Böyrək transplantasiyası olunan şəxslərə əksər hallarda 2-ci dərəcə əlillik verilir

Tarix: 17 Sentyabr 2020 12:06

Böyrək transplantasiyası olunan şəxslərə əksər hallarda 2-ci dərəcə əlillik verilir.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu ƏƏSMN tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədr müavini Mətanət Məmmədova deyib.

Onun sözlərinə görə, transplantın vəziyyətindən asılı olaraq, şəxsə 1 və 2-ci dərəcə əlillik verilir: "Vətəndaş transplantasiya haqqında, hazırkı vəziyyəti haqqında laborator müayinələrlə bağlı agentliyə və ya yerli TSEK-ə müraciət etməlidir. Əksər hallarda 10 iş günü ərzində bu məsələyə baxılır".

M.Məmmədova qeyd edib ki, yüngül vəziyyəti olan autizmli xəstələrə əlillik təyin edilməsə də, xəstəliyin ağır halların şəxsə əlillik dərəcəsi təyin edilir.

Agentlik nümayəndəsi bildirib ki, talassemiyalı xəstələrə əlillik dərəcəsi təyin edilir: "Amma əlilliyin təyini üçün göndərişin yazılmasına görə TSEK məsuliyyət daşımır. Göndəriş səthi yazıldıqda ona imtina cavabı yazıla bilər".


Etiketlər:  Nazirlik Böyrək transplantasiyası olunan şəxslərə əksər hallarda dərəcə əlillik verilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ