Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qarabağ" üzərində qələbə "Molde" üçün çox vacib idi"

Tarix: 17 Sentyabr 2020 14:32

“Penaltilər seriyası gərgin keçdi. Hər iki komanda zərbələri dəqiq yerinə yetirəndə vəziyyət daha da gərginləşir, təzyiq artırdı".

Qol.az xəbər verir ki, bu sözləri “Molde”nin veteran futbolçusu Rekdal Hyetil  ölkəsinin Vg.no saytına açıqlamasında sabiq komandasının UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"ı adlayaraq pley-offa yüksəldiyi oyun barədə danışarkən deyib.

52 yaşlı keçmiş yarımmüdafiəçi Azərbaycan çempionuna qalib gəlməyin "Molde" və Norveç futbolu üçün çox vacib olduğunu söyləyib:

"Mən əmin idim ki, Kristoffer Haugen komandamız üçün sonuncu penaltini dəqiq vuracaq. Çünki o,  soyuqqanlı və özünə güvənən futbolçudur. Bu qələbə koronavirus pandemiyası dövründə maliyyə baxımından da xüsusilə vacib idi. İndi isə "Molde" UEFA-dan müəyyən məbləğdə  gəlir əldə edəcək. Ona görə də bu qalibiyyət həm "Molde", həm də Norveç futbolu üçün çox dəyərlidir. Komanda Çempionlar Liqasının qrupuna düşsə, daha möhtəşəm olacaq".

Qeyd edək ki, ”Qarabağ” – “Molde” matçının əsas və əlavə vaxtında qapılara qol vurulmayıb. Norveç təmsilçisi penaltilər seriyasında Ağdam klubundan üstün olaraq, növbəti mərhələyə vəsiqəni təmin edib- 5:6.

 


Etiketlər:  Qarabağ üzərində qələbə Molde üçün çox vacib idi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ