Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Sentyabr 2020 15:40
Qəbul qaydalarına görə, ixtisaslar üzrə birgə müsabiqə yoxdursa, plan yerləri yalnız Azərbaycan və rus bölməsi üzrə ayrılıbsa, müvafiq bölməni bitirən və həmin dildə imtahan verən abituriyentlər ixtisas seçimində yalnız həmin bölmə üzrə olan ixtissaları seçə bilərlər.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Dövlət İmtahan Mərkəzinin Yoxlama, ölçmə materialları şöbəsinin müdiri Natiq Əliyev deyib.
Onun sözlərinə görə, rus bölməsinin abituriyentləri əlavə imtahan verməklə Azərbaycan bölməsi üzrə olan ixtisasları seçə bilərlər: "Yaxud Azərbaycan bölməsinin abitiriyentləri fərq imtahanı verməklə rus bölməsi üzrə olan yerləri seçə bilər. Amma bunun üçün əvvəldən qeydiyyatdan keçmək lazım idi. Abituriyentlər buraxılış imtahanı dövründə həmin fərq imtahanını verməli idilər".