Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Özünüməşğulluğa Dəstək Layihəsi” üzrə müraciət qəbulu prosesi sadələşdirildi

“Özünüməşğulluğa Dəstək Layihəsi” üzrə müraciət qəbulu prosesi sadələşdirildi

Tarix: 17 Sentyabr 2020 16:09

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə Azərbaycanın kommersiya bankları tərəfindən həyata keçirilən “Özünüməşğulluğa Dəstək Layihəsi” çərçivəsində özünüməşğulluq proqramına qoşulmaq istəyən vətəndaşların müraciətlərinin qəbulu prosesi daha da sadələşdirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, layihəyə cəlb edilmək istəyən işsiz aztəminatlı şəxslər, o cümlədən əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, məcburi köçkünlər, ünvanlı sosial yardım alanlar və həssas qruplardan olan digər şəxslər Dövlət Məşğulluq Agentliyi tərəfindən hazırlanan “layihə müraciət formu”na (https://forms.gle/bJ4uBBB8fNPFeYyc9) daxil olaraq qeydiyyatdan keçə bilərlər.

2020-ci il ərzində 1000 nəfər işsiz şəxs üçün bankların dəstəyi ilə kiçik bizneslərin yaradılması nəzərdə tutulub.

Layihəyə qoşulmaq üçün e-sosial.az portalında “Məşğulluq” altsistemi vasitəsilə də müraciət etmək olar.

“Özünüməşğulluğa Dəstək Layihəsi” üzrə müraciət qəbulu prosesi sadələşdirildi - Gallery Image


Etiketlər:  Özünüməşğulluğa Dəstək Layihəsi üzrə müraciət qəbulu prosesi sadələşdirildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ