Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Sentyabr 2020 18:02
Bakı. Trend:
Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqlar prosesinin bərpasına diqqət yönəltmək lazımdır.
Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova brifinq zamanı deyib.
O bildirib: “Hesab edirik ki, diqqəti Dağlıq Qarabağ məsələsinin həllinə yönəlmiş danışıqlar prosesinin bərpasına, o cümlədən regionda qaçqın və məcburi köçkünlərin probleminə yönəltmək lazımdır. ATƏT-in Minsk qrupunun həmsədrləri sentyabrın 14-də Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə telefon danışıqları keçirib və onlara Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi kontekstində növbəti addımlar, o cümlədən nazirlərlə ayrı-ayrı görüşlərin keçirilməsi barədə təkliflər irəli sürüb. Biz tərəflərin müsbət reaksiyasına ümid edirik”.
Livandan ermənilərin işğal olunmuş Azərbaycan ərazilərinə köçürülməsinə gəldikdə isə M.Zaxarova qeyd edib ki, Rusiyanın livanlı qaçqınların Dağlıq Qarabağa real axını barədə təsdiqlənmiş məlumatı yoxdur.