Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Sentyabr 2020 20:54
Bu gün Milli Məclisin İnsan Hüquqları Komitəsinin iclasında, həmin komitənin üzvü, həmkarım və adaşım Jalə Əhmədova sosial şəbəkələrlə bağlı təklif irəli sürüb.
Bu sözləri Sonxeber.net-a açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva deyib.
"Hörmətli həmkarımın fikirlərini mənim təklifim kimi oxuculata təqdim edən media qurumlarından açıqlamalarına düzəliş etmələrini xahiş edir, daha məsuliyyətli və diqqətli olmalarını tövsiyə edirəm. Müraciətimizdən sonra bir çox saytlar xəbərə düzəliş ediblər. Bunu da diqqətlərinə çatdırıram ki, mən üstəlik həmin komitənin üzvü də deyiləm", - deyə deputat bildirib.