Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Sentyabr 2020 13:40
Məni sosial şəbəkədə pisləmirlər. Amma hamı da yaxşıdır demir. Heç bunu istəmirəm də. Ancaq mahnılarım "Youtube"da izlənir, 1 milyon baxış sayı toplayan ifam da var. Anadan olandan uğurlu biriyəm.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Mənzurə Musayeva "Üçümüz" proqramında deyib. Sənətçi sosial şəbəkələrdə sənət adamlarına yazılan tənqidlərdən bəhs edib. O bildirib ki, ünvanına çox təhqir və tənqid yazılmır.
Bir müddət əvvəl gözəllik salonu açan Mənzurə biznesinin bağlandığını söyləyib:
"Gözəllik salonu açmışdım, 20 gün işlədi. Varımı-yoxumu salona qoydum ki, pul qazanım. Amma pandemiya düşdü və batdı".