Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyun 2019 20:56
Bakı. Trend:
Çinin paytaxtı Pekində dünyanın ən böyük "Dasin" beynəlxalq hava limanının tikintisi başa çatıb.
Trend-in "RİA Novosti"yə isitnadən verdiyi məlumata görə, dünyanın ən böyük hava limanının tikintisinə 60 milyard dollara yaxın vəsait xərclənib.
"Qızıl simurq" formasında yalnız bir terminalı və 1 milyon kvadrat metr ərazisi olan hava limanının açılışı sentyabrın 30-una nəzərdə tutulub.
Qeyd edək ki, "Dasin" hava limanı Pekinin cənubunda, şəhərin mərkəzində 46 kilometr aralıda yerləşir. Hava limanın tikintisi 2016-cı il 15 mart tarixində başlamışdı.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin