Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nazirlik: Meşə ərazilərində tikinti işlərinin aparılmasına icazə verilmir

Nazirlik: Meşə ərazilərində tikinti işlərinin aparılmasına icazə verilmir

Tarix: 18 Sentyabr 2020 16:20

Bakı. İlhamə İsabalayeva - Trend:

Meşə ərazilərində tikinti işlərinin aparılmasına icazə verilmir.

Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) "Ekspert saatı" verilişində nazirliyin Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov deyib.

Onun sözlərinə görə, meşələrdən rekreasiya məqsədilə istifadə üçün sahibkarlarla daimi müqavilə bağlanılmır: “Sahibkarların xəbəri olmadan orada monitorinqlər aparılır. Əgər onlar mövcud tələblərə uyğun fəaliyyət göstərirlərsə, onlarla bağlanan müddətli müqavilənin müddəti uzadılır. Lakin çox təəssüf ki, istirahət mərkəzləri adı altında fəaliyyət göstərən obyektlər çirkab suları meşə ərazilərinə axıdırlar, tullantıları meşələrə atırlar”.


Etiketlər:  Nazirlik Meşə ərazilərində tikinti işlərinin aparılmasına icazə verilmir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ