Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Sentyabr 2020 22:02
"Tottenhem"in baş məşqçisi Joze Mourinyo Avropa Liqasının 2-ci təsnifat mərhələsində Bolqarıstan "Lokomotiv"inə qarşı matçda (2:1) yarımmüdafiəçi Dele Allinin oynamamasının səbəbi ilə bağlı sualı cavablandırıb.
Qol.az "The Guardian"a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis deyib:
"Dele Alli? Avropa Liqasının seçmə mərhələsində "Lokomotiv"lə matçda heyətdən kənarda qalan 7 oyunçu barədə də soruşa bilərsiniz. Düzü, komandamdakı oyunçu sayını sevmirəm. İşimin hər sahəsini idarə etmək çox çətindir. Çox oyunçu olduğunuz zaman bu vəziyyətin öhdəsindən gəlmək çətindir".