Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Sentyabr 2020 12:15
Məşhur teleaparıcı Vüsalə Kərimovanın gözəllik salonunda şikayət edən müştəri ilə kobud davranaraq onu salondan qovması iddia olunub.
Sonxeber.net ölkə.az-a istinadən bildirir ki, bu barədə xanım müştəri "Facebook" sosial şəbəkəsində qrupların birində şikayət dərc edib.
Xanım iddia edib ki, hazırda V. Kərimovanın prodüseri olduğu müğənni Yaşar Cəlilovun adına açdığı gözəllik salonunda ona yanıq xəsarəti yetiriblər. O, salonda lazer prosedurundan keçib. Prosedurdan əvvəl lazeroloq Sevinc tərəfindən xanımın dərisinə keyidici preparat vurularaq, ondan gözləməyini xahiş ediblər. Müştəri çox olduğundan müştərinin dərisindəki krem 1 saat qalıb. Bundan sonra prosedur həyata keçirilib. Bu zaman xanımın dərisində yanmalar başlayıb. Lazeroloq isə bunun tezliklə keçəcəyini deyib. Lakin ağrılar getdikcə şiddətlənib. Xanımın iddiasına görə, Sevinc ona səhv mənimdir, kremi dərindən vaxtında silmədiyini desə də, Vüsalə Kərimova ona bildirib ki, günah onun özündədir, vaxtında kremi silməyib. Daha sonra müştəri öz narazılığını bildirib, ödənişini tələb etdikdə, teleaparıcı Vüsalə Kərimova ona qarşı qeyri-etik ifadələr işlədərək onu qovub. Xanım Kərimovanın ona "hara istəyirsən get, şikayət et. Sən mənə heç nə edə bilməzsən, mən heç kəsdən qorxmuram"dediyini iddia edib. Müştəri ondan ağrılara dözə bilmədiyini, Təcili Tibbi Yardımı çağırmalarını xahiş etsə də, o, buna etiraz edərək "50 manat verib, onları geri qaytaracam" deyib.
Bu hadisədən sonra həkimə müraciət edən müştəriyə 1-ci dərəcəli yanıq xəsarəti diaqnozu qoyulub.
Qarşı tərəfin fikirlərini də dərc etməyə hazırıq.