Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Sentyabr 2020 20:18
Azərbaycanda uşaqlar arasında 8-18 yaş arasında olanlarda koronavirus xəstəliyinə daha çox rast gəlinir.
Sonxeber.net e-tibb.az-a istinadən bildirir ki, Rusiyanın Pediatrların Təhsil Assosiasiyası onlayn rejimdə beynəlxalq elmi-praktik konfrans keçirib. Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) pediatriya kafedrasının dosenti, tibb elmləri doktoru Zemfira Quliyeva "Azərbaycanda uşaqlarda koronavirusun kliniki xüsusiyyətləri və müalicəsi" mövzusunda məruzə ilə çıxış edib. Məruzədə dünyada uşaqlar arasında COVID-19 infeksiyası ilə əlaqədar aparılan tədqiqatların nəticələri və Azərbaycandakı vəziyyət haqqında məlumat verilib.
Məruzəçi Bakı şəhərinin klinikalarında nəzarətdə olan müxtəlif yaş qruplarına məxsus 319 xəstə uşaqda yeni növ koronavirus (COVID-19) infeksiyasının kliniki xüsusiyyətlərini təhlil edərək bildirib ki, onların 67,1 faizində xəstəlik asimptomatik gedişə malik olub. Azərbaycanlı həkim-pediatrın verdiyi məlumata görə, 8-18 yaş arasında olan uşaqlarda xəstəliyə daha çox rast gəlinib. 234 uşağın ümumi vəziyyəti kafi kimi qiymətləndirilib və onların simptomlarında klinik hipertermiya və öskürək üstünlük təşkil edib.
Aparılan müayinələrin yarıdan çoxunda qanda limfopeniya və leykopeniya hallarına rast gəlinib. Onlayn mühazirənin yekununda alınan nəticələr digər alimlərin apardığı tədqiqatlarla müqayisə edilib.