Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gəncədə F-1 əl qumbarası aşkar edilib (FOTO)

Gəncədə F-1 əl qumbarası aşkar edilib (FOTO)

Tarix: 20 Sentyabr 2020 20:27

Bakı. Trend:

Sentyabrın 20-də saat 14:17-də Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Gəncə şəhərinin Bağbanlar qəsəbəsi ərazisində əl qumbarasının tapılması barədə məlumat daxil olub.

ANAMA-dan Trend-ə verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat və partlayıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları, Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin və Gəncə şəhər Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və polis əməkdaşları ərazidəki qazıntı işləri aparılan sahəyə baxış keçiriblər. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən əhatəyə alınıb. ANAMA-nın mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası və 1 ədəd 5.45 millimetrlik patron aşkarlanıb, zərərsizləşdirilməsi üçün agentliyin mərkəzi məhvetmə ərazisinə aparılıb.

Qumbaranın ətrafındakı 1300 kvadratmetr əraziyə yerüstü, 200 kvadratmetr əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Gəncədə F-1 əl qumbarası aşkar edilib (FOTO) - Gallery Image Gəncədə F-1 əl qumbarası aşkar edilib (FOTO) - Gallery Image Gəncədə F-1 əl qumbarası aşkar edilib (FOTO) - Gallery Image Gəncədə F-1 əl qumbarası aşkar edilib (FOTO) - Gallery Image Gəncədə F-1 əl qumbarası aşkar edilib (FOTO) - Gallery Image Gəncədə F-1 əl qumbarası aşkar edilib (FOTO) - Gallery Image Gəncədə F-1 əl qumbarası aşkar edilib (FOTO) - Gallery Image Gəncədə F-1 əl qumbarası aşkar edilib (FOTO) - Gallery Image Gəncədə F-1 əl qumbarası aşkar edilib (FOTO) - Gallery Image Gəncədə F-1 əl qumbarası aşkar edilib (FOTO) - Gallery Image


Etiketlər:  Gəncədə qumbarası aşkar edilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ