Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyul 2019 12:02
Bakı. Trend:
Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları iki fakt üzrə xeyli sayda tütün məmulatlarının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısını alıb.
Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, İdarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, həmin ölkə vətəndaşının idarə etdiyi "Ford Tranzit 125T350M" və Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "VAZ-2108" markalı avomobillər saxlanılıb və gömrük baxışı keçirilib.
Baxış zamanı avtomobillərin gizli saxlanc yerlərindən 5000 və 12 200 ədəd olmaqla, ümumilikdə 17 200 ədəd "King" markalı siqaretlər aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin