Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Milan''ın bugünkü oyununa azarkeşlər buraxılacaq

''Milan''ın bugünkü oyununa azarkeşlər buraxılacaq

Tarix: 21 Sentyabr 2020 17:34

Bu gün "Milan" A Seriyasında yeni mövsümün ilk oyununa çıxacaq.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, "Bolonya" ilə "San Siro"da keçiriləcək görüşə azarkeşlər də buraxılacaq. Bu, pandemiya dövründə A Seriyasında ilk belə haldır.

Min nəfər azarkeşin oyunu tribunadan izləməsinə icazə verilib. "Milan" həkimlər və digər səhiyyə işçilərini mata dəvət edib. Lombardiyanın müxtəlif tibbi müəssələrinin işçilərinə bilet paylandığı bildirilir. Bu, klubun koronavirusla mübarizədə göstərdikləri xidmətlərinə görə həkimlərə minnətdarlığıdır.

Futbolçuların ailə üzvlərinə və klubun tibbi işçilərinə də bilet paylanılıb.

Qeyd edək ki, "Milan" - "Bolonya" oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.


Etiketlər:  Milanın bugünkü oyununa azarkeşlər buraxılacaq


RƏYLƏR