Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Federasiya rəhbərindən qalmaqallı görüntülərlə bağlı açıqlama - VİDEO - FOTO

Federasiya rəhbərindən qalmaqallı görüntülərlə bağlı açıqlama - VİDEO - FOTO

Tarix: 21 Sentyabr 2020 17:44

Azərbaycanda keçirilməsi planlaşdırılan MMA üzrə ilk IFL (International Fighting League) turniri müzakirələrə səbəb olub.

Belə ki, 19 sentyabr tarixində baş tutan turnirin çəkiölçmə mərasimi və mətbuat konfransında karantin qaydalarının pozulduğu aşkarlanıb. Həmçinin, məlum olub  ki, yarışlar Gənclər və İdman Nazirliyinin əsasnaməsi olmadan həyata keçirilib.

İddia olunub ki, yarışların təşkilatçısı Pankration, Qrapplinq və MMA Federasiyasıdır. Lakin Federasiyanın rəhbəri Azad Əsgərov qafqazinfo-ya açıqlamasında bildirib ki, turnirin onlarla heç bir əlaqəsi yoxdur:

"Turniri keçirən qondarma adamlardır. Onların heç birinin qeydiyyatı yoxdur. 5-6 nəfər pul yığıb razılıq əsasında yarışlar keçirirlər. Bunun isə bizim federasiya ilə heç bir bağlılığı yoxdur".


Etiketlər:  Federasiya rəhbərindən qalmaqallı görüntülərlə bağlı açıqlama VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ