Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Messi və Suareslə heç vaxt dost olmamışam”

“Messi və Suareslə heç vaxt dost olmamışam”

Tarix: 21 Sentyabr 2020 18:46

"Barselona"dan "Sevilya"ya keçən İvan Rakitiç keçmiş komanda yoldaşları ilə münasibətlərindən danışıb.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, 32 yaşlı xorvatiyalı yarımmüdafiəçi Lionel Messi və Luis Suareslə heç vaxt dost olmadığını deyib:

"Mən Messi və Suareslə heç vaxt yaxın dost olmamışam. Düşünürəm ki, 23-24 oyunçudan ibarət komandada hər kəslə münasibət qurmaq çətindir. Ən yaxın dostlarım İnyesta, Ter Ştegen, Boatenq və Firpo idi. Ancaq həm Leoya, həm də Suaresə hörmət edirəm. Onlar mənim 6 illik komanda yoldaşlarımıdır və çox vacib futbolçulardır. Həmişə onlarla yaxşı münasbət qurmuşam və hörmət etmişəm. Pandemiya səbəbindən yaranan fasilə zamanı hamımız bir yerdə idik. Az qala qonşu kimi idik. Bu illər ərzində mənə göstərdikləri rəftara görə çox minnətdaram".

Qeyd edək ki. İ.Rakitiç "Barselona"ya məhz 2011/14-cü illərdə çıxış etdiyi "Sevilya"dan keçmişdi.


Etiketlər:  Messi Suareslə heç vaxt dost olmamışam


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ