Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kavani “Real”a keçə bilər

Kavani “Real”a keçə bilər

Tarix: 21 Sentyabr 2020 20:24

PSJ-dən ayrılan Edinson Kavani karyerasını "Real"da davam etdirə bilər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 33 yaşlı hücumçunun menecerləri onu azad agent kimi Madid təmasilçisinə təklif ediblər.
 
Lakin uruqvaylı oyunçunun yüksək maaş tələb etməsi tərəflərin razılaşmasına mane ola bilər. Futbolçunun "kral klubu"ndan 7 milyon avrodan çox maaş istəyəcəyi ehtimal olunur.

Bildirilir ki, Kavani hazırda "Real"dan  transferlə bağlı cavab gözləyir.

Qeyd edək ki, Kavani ilə "Benfika" yaxından maraqlanırdı. Ancaq onun yüksək əmək haqqı tələb etməsi keçidin alınmamasına səbəb olub.

Milli.Az


Etiketlər:  Kavani Reala keçə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ