Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Sentyabr 2020 18:52
Yaponiyada koronavirus infeksiyası ilə mübarizə üçün yeni təhlükəsiz vasitə hazırlanıb.
Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, "Ushio İnc." şirkəti Covid-19-u qapalı məkanlarda öldürə bilən "Care222" ultrabənövşəyi lampa istehsal edib. Lampanın qiyməti 2 860 dollar dəyərləndirilir. Bu alət Kolumbiya universiteti ilə birgə iş nəticəsində hazırlanıb. "Care 222"dən yaşayış yerlərində, avtobus, qatar, lift və ofislərdə dezinfeksiya məqsədilə istifadə etmək olar.
Ultrabənövşəyi lampalardan sterilizasiya vasitəsi kimi xüsusilə tibb və qida sənayesi sahələrində geniş istifadə olunur. Bu lampalar dəri xərçəngi və göz problemlərinə səbəb olduğu üçün insanların olduğu məkanlarda istifadə olunmamalıdır.
Bu lampalar 222 nanometr uzunluğu olan ultrabənövşəyi şüalar yayır ki, bu da koronavirusu öldürür. Şüaların effektivliyini Hirosima universitetinin tədqiqatçıları da təsdiqləyib.