Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda ''Qalaaltı'' kafesində qətl törədən şəxsin işi məhkəməyə göndərildi

Bakıda ''Qalaaltı'' kafesində qətl törədən şəxsin işi məhkəməyə göndərildi

Tarix: 23 Sentyabr 2020 10:24

Bakı. Samir Əli - Trend:

Bakıda qətl törədən şəxsin cinayət işi məhkəməyə göndərilib.

Trend-in məlumatına görə, hadisə martın 12-i saat 03:30 radələrində paytaxtın Nəsimi rayon ərazisində yerləşən “Qalaltı” kafesində qeydə alınıb.

Gədəbəy rayon sakini, 1989-cu il təvəllüdlü Gəncağa İbrahimov kefedə naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilsə də onun həyatını xilas etmək mümkün olmayıb. Yaralı xəstəxanada dünyasını dəyişib.

Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Quba rayon sakini, 1984-cü il təvəllüdlü Natiq Ələkbərov saxlanılıb, bıçaq istintaqa təhvil verilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürm) maddəsi ilə cinayət işi başlanılıb.

N.Ələkbərov barəsə başlanmış cinayət işinin istintaqı yekunlaşaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmə prosesinə hakim Mirzə Xankişiyev sədrlik edəcək.


Etiketlər:  Bakıda Qalaaltı kafesində qətl törədən şəxsin işi məhkəməyə göndərildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ