Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Sentyabr 2020 16:24
Bakı. Elçin Mehdiyev - Trend:
COVAX çərçivəsində Azərbaycanda əhalinin 10 faizi üçün çoxtərəfli formatda vaksinlər əldə edilməsi razılaşdırılıb.
Trend-in məlumatına görə, bu barədə bu gün Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının SARS-COV-2 virusuna qarşı vaksinasiya məsələlərinə həsr olunmuş iclasda bildirilib.
Onun sözlərinə görə, “Gavi” tərəfindən 1 doza vaksinin orta qiyməti 1,60 ABŞ dollar proqnozlaşdırılır. Hər şey daxil olmaqla, 1 doza üçün cəmi məbləğ 10,55 ABŞ dolları hesablanır. Azərbaycanın 10 milyon 112 min əhalisinin 10 fiaz hissəsi üçün 2 dozalıq vaksinin sifarişi üçün yekun ödəniş məbləği 21 milyon 336 min 320 ABŞ dollarıdır. Öhdəlikli satınlama variantında ilkin ödəniş daha azdır. 2 milyon 22 min 400 doza vaksinin hər dozası 1,60 dollar olmaqla, 3 milyon 235 min 840 dollar təşkil edir. Hər şey daxil isə 2 milyon 22 min 400 doza vaksinin hər dozası 8,95 dollar olmaqla, 18 milyon 325 min 480 dollar təşkil edir. Müqavilənin şərtlərinə görə, hökumət və Mərkəzi Bank tərəfindən maliyyə təminatı verilir.