Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Sentyabr 2020 23:12
Rusiya Səhiyyə Nazirliyinin Hamaley adına Milli Epidemiologiya və Mikrobiologiya Mərkəzinin direktoru Aleksandr Ginzburq ölkədə son vaxtlar yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarının artmasının səbəblərini açıqlayıb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, A. Ginzburq bildirib ki, yoluxmanın artması nəqliyyat axını, "D" vitamini çatışmazlığı və payız fəslinin daha həssas olması ilə bağlıdır.
Qeyd edək ki, Rusiyada son sutka ərzində 7 212 nəfərin yeni növ koronavirusa yoluxduğu açıqlanıb. Moskvada son sutka ərzində koronavirusa yoluxanların sayı 1 560 nəfər olub. Bu, son həftə ərzində yoluxmanın 30 faiz artdığını göstərir.