Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

AŞ nümayəndəsi: Avropa Şurası ilə Azərbaycan arasında məhkəmə və hüquq sahəsində səmərəli əməkdaşlıq qurulub

AŞ nümayəndəsi: Avropa Şurası ilə Azərbaycan arasında məhkəmə və hüquq sahəsində səmərəli əməkdaşlıq qurulub

Tarix: 2 Iyul 2019 10:09

Bakı. Elçin Mehdiyev – Trend:

Avropa Şurası ilə Azərbaycan arasında məhkəmə və hüquq sahəsində səmərəli əməkdaşlıq qurulub.

Trend-in məlumatına görə, bunu Avropa Şurasının Ədliyyə və hüquqi əməkdaşlıq departamentinin rəhbəri xanın Hanne Junçer Avropa Şurasının “Azərbaycanda məhkəmə sisteminin səmərəliliyinin və keyfiyyətinin artırılması” adlı yeni layihənin təqdimat mərasimində deyib.

H.Junçer bildirib ki, bu layihə tərəflər arasında əməkdaşlığın inkişafına xidmət edəcək: "Uzun illərdir ki Avropa Şurası bu istiqamətdə Azərbaycanın müxtəlif qurumları, o cümlədən Ədliyyə Nazirliyi ilə əməkdaşlıq edir. Azərbaycan məhkəmə sisteminin təkmilləşdirilməsi sahəsində böyük nailiyyətlər əldə edib".

Avropa Şurası nümayəndəsi əlavə edib ki, yeni layihə məhkəmə sisteminin səmərəliliyinin daha da artırılmasına səbəb olacaq.

O, səmərəli əməkdaşlığa görə Azərbaycana təşəkkürünü bildirib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  nümayəndəsi Avropa Şurası ilə Azərbaycan arasında məhkəmə hüquq sahəsində səmərəli əməkdaşlıq qurulub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ