Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Sentyabr 2020 21:24
Tesla CEO'su Elon Musk, səhmdarların toplantısı zamanı şirkətin "təxminən üç ilə" büdcəli elektrikli avtomobil çıxaracağını bildirdi. Avtomobilin qiyməti təqribən 25 000 dollar təşkil edəcək.
Sonxeber.net techland.az-a istinadən bildirir ki, elektrikli avtomobilin istehsal xərcləri, Teslanın yığıncaqda təqdim etdiyi yeni batareya konstruksiyası və digər yeniliklər sayəsində azalacaq.
Hal-hazırda nn ucuz Tesla avtomobili - Model 3 - 37.990 dollar, ən bahalı isə Model X - 79.990 dollardan başlayır.
Qeyd edək ki, "min batareyalı" Tesla akkumulyatorları avtomobilin ən bahalı hissəsidir.