Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sumqayıtda yanğın olub, 1 nəfər zəhərlənib

Sumqayıtda yanğın olub, 1 nəfər zəhərlənib

Tarix: 27 Sentyabr 2020 08:45

Bakı. Trend:

Sumqayıt şəhərində ümumi sahəsi 120 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və dam örtüyü 45 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğın zamanı 1 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib və tüstüdən zəhərlənmə diaqnozu ilə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Etiketlər:  Sumqayıtda yanğın olub nəfər zəhərlənib


RƏYLƏR