Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyə Prezidenti Administrasiyası: Bölgədə sabitliyin pozulmasına görə Ermənistan məsuliyyət daşıyır

Türkiyə Prezidenti Administrasiyası: Bölgədə sabitliyin pozulmasına görə Ermənistan məsuliyyət daşıyır

Tarix: 27 Sentyabr 2020 11:38

Bakı. Trend:

Bölgədə sabitliyin pozulmasına görə Ermənistan məsuliyyət daşıyır.

Bu barədə Trend-ə Türkiyə Prezidenti Administrasiyasından bildiriblər.

Administrasiyadan bildirilib: "Ermənistan öz destruktiv mövqeyi ilə münaqişənin sülh yolu ilə həlli səylərinə ziyan vurmağa davam edir. Beynəlxalq ictimaiyyət dərhal hərəkətə keçməli, Ermənistanın bu hərəkətlərini pisləməli və təcavüzkara qarşı sanksiyalar tətbiq etməlidir. Türkiyə bir daha Azərbaycana hərtərəfli dəstəyini elan edir və Azərbaycanın hansı qərar qəbul edəcəyindən asılı olmayaraq, Türkiyə qardaş ölkəni dəstəkləyəcək".


Etiketlər:  Türkiyə Prezidenti Administrasiyası Bölgədə sabitliyin pozulmasına görə Ermənistan məsuliyyət daşıyır


RƏYLƏR