Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Sentyabr 2020 20:27
Bakı. Trend:
Cəbhə bölgəsindən gələn məlumatlara görə, düşmən tərəfindən atılan mərmilərdən biri Tərtər şəhərinin mərkəzində yerləşən rayon Polis Şöbəsinin inzibati binasının həyətinə düşüb. Bu zaman dağıntı və insan tələfatı olubmu?
Bu suala cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə bildirilib ki, hərbi qüvvələrimizlə bacara bilməyən düşmən yaşayış məntəqələrimizi və mülki obyektləri hədəf seçir. Bu gün saat 12 radələrində düşmən tərəfindən atılan mərmilərdən biri Tərtər Rayon Polis Şöbəsinin inzibati binasının həyətinə düşüb. Zərbə o qədər güclü olub ki, mərminin qəlpələri inzibati binanın dəhlizlərinə qədər daxil olub. Xoşbəxtlikdən insan tələfatı, xəsarət alan olmasa da, binaya ciddi maddi ziyan dəyib.
Bu bir daha onu göstərir ki, döyüş meydanında ağır zərbələr alan düşmən cəbhədən xeyli aralıda olan yaşayış məntəqələrimizi, orada yaşayan mülki əhalini hədəf seçməkdə davam edir.