Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pompeo Ermənistan və Azərbaycanı danışıqlar prosesinə qayıtmağa çağırdı

Pompeo Ermənistan və Azərbaycanı danışıqlar prosesinə qayıtmağa çağırdı

Tarix: 29 Sentyabr 2020 16:06

ABŞ Dövlət katibi Mayk Pompeo Ermənistan və Azərbaycanı sentyabrın 27-dən davam edən toqquşmaları dayandırmağa çağırıb.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, M.Pompeo bu çağırışı Yunanıstanın Krit adasına səfəri zamanı edib.

Yunanıstanın Xarici işlər naziri Nikos Dendiasla görüş zamanı ABŞ Dövlət katibi, həmçinin Dağlıq Qarabağ münaqişəsini müzakirə edib:

"Mən və Xarici işlər naziri Dağlıq Qarabağdakı münaqişəni müzakirə etdik. Ermənistan və Azərbaycan hərbi əməliyyatları dayandırmalı, ATƏT-in Minsk qrupunun həmsədrləri ilə işi bərpa etməli tezliklə predmet danışıqlara qayıtmalıdır".


Etiketlər:  Pompeo Ermənistan Azərbaycanı danışıqlar prosesinə qayıtmağa çağırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ