Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Sentyabr 2020 11:27
Albaniyanın ilk Prezidenti Sali Berişa Azərbaycanın Dağlıq Qarabağ ərazisi üzərində nəzarət yaratmaq səylərini dəstəklədiyini bildirib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Albaniyanın xəbər agentliyi "Teleqrafi" məlumat yayıb. Berişanın Dağlıq Qarabağ münaqişəsində tərəflərdən birini dəstəkləyən ilk alban siyasətçi olduğu bildirilib.
"Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq, Ermənistanın bir neçə ildir işğal altında saxladığı zonalarda ərazi bütövlüyünün və suverenliyinin bərpasını tələb edir", - Berişa vurğulayıb.
Qeyd edək ki, daha əvvəl Albaniyanın Baş Naziri və ATƏT sədri Edi Rama tərəfləri münaqişəni sülh yolu ilə həll etməyə çağırmışdı.
Xatırladaq ki, hazırda bir sıra daxili siyasi uğursuzluqlardan sonra S. Berişa siyasi səhnədən uzaqlaşaraq, təqaüdə çıxıb.