Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Sentyabr 2020 13:45
ABŞ Dağlıq Qarabağ münaqişəsinin ATƏT Minsk qrupunun həmsədrliyi çərçivəsində danışıqlar yolu ilə dinc tənzimlənməsinə sadiqliyini təsdiq edir.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu ABŞ-ın ATƏT Xüsusi Daimi Şurasında səfiri Ceyms Gilmor deyib.
Onun sözlərinə görə, ABŞ Dağlıq Qarabağda irimiqyaslı döyüş əməliyyatları barədə məlumatlardan dərin narahatdır:
"Biz qətiyyətlə münaqişənin gərginləşməsini pisləyirik və tərəfləri hərbi əməliyyatları dayandırmağa çağırırıq".
Diplomat bildirib ki, ABŞ eskalasiyada xarici tərəflərin iştirak etməsinin regional gərginliyi daha da artıracağını hesab edir:
"Dağlıq Qarabağın hərbi həll yolu yoxdur. Tərəflər danışıqlar masasına oturmalıdır. Minsk qrupunun həmsədri qismində ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsinə sadiqliyini təsdiq edir. Hələ ki, vəziyyəti dəyişməyə, dinc sakinlərin və hərbçilərin ölümünün qarşısını almağa vaxt var".