Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranda ötən sutkada 3,6 minə yaxın şəxs koronavirusa yoluxub

İranda ötən sutkada 3,6 minə yaxın şəxs koronavirusa yoluxub

Tarix: 30 Sentyabr 2020 15:12

Bakı. Elnur Bağışov – Trend:

İranda ötən sutka ərzində 3 582 koronavirusa (COVID-19) yoluxub.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Bu barədə Trend nazirliyə istinadən məlumat verir.

Sadat Larinin sözlərinə görə, beləliklə İranda bu virusa yoluxanların sayı 457 219 nəfərə yüksəlib. Virus daşıyıcılarından 4 093 nəfərin vəziyyəti ağırdır.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 183 nəfər koronavirusdan ölüb. Bununla da İranda indiyədək bu virusdan ölənlərin sayı 26 169 nəfərə çatıb.

Sadat Lari bildirib ki, indiyədək İranda 380 956 nəfər koronavirusdan sağalıb.

İranın Tehran, İsfahan, Qum, Şərqi Azərbaycan, Cənubi Xorasan, Simnan, Qəzvin, Lorestan, Ərdəbil, Xuzistan, Kirmanşah, Kohgiluyə və Buyir-Əhməd, Gilan, Buşehr, Zəncan, İlam, Rəzəvi Xorasanı, Mazandaran, Çahar-Mahal və Bəxtiyari, Əlborz, Qərbi Azərbaycan, Mərkəzi, Kirman, Şimali Xorasan, Həmədan və Yəzd vilayətləri qırmızı zonalar hesab olunurlar.

İranda indiyədək 4,01 milyondan çox diaqnoz testi həyata keçirilib.


Etiketlər:  İranda ötən sutkada minə yaxın şəxs koronavirusa yoluxub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ