Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Parlamentin təcili növbədənkənar sessiyası ilə bağlı xəbərlərə aydınlıq gətirilib

Parlamentin təcili növbədənkənar sessiyası ilə bağlı xəbərlərə aydınlıq gətirilib

Tarix: 2 Iyul 2019 16:42

Bakı. Elçin Mehdiyev - Trend:

Milli Məclisin iyul ayı üçün təcili növbədənkənar sessiya çağırdığı barədə yayılan xəbərlərə aydınlıq gətirilib.

Trend-in məlumatına görə, Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu bildirib ki, parlamentin heç bir təcili iclası olmayacaq.

A.Təvəkküloğlunun sözlərinə görə, sadəcə olaraq, Milli Məclisin növbədənkənar sessiyası adi qaydada hələ davam edir və nöbədənkənar sessiyanın daha bir neçə iclası keçiriləcək:

"İyulun 9-12-si üçün növbəti iclasların keçirilməsi gözlənilir”.

Xatırladaq ki, iyunun 13-14-də və 27-də parlamentin növbədənkənar iclasları olub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Parlamentin təcili növbədənkənar sessiyası ilə bağlı xəbərlərə aydınlıq gətirilib


RƏYLƏR