Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Rəsmi Paris Qarabağ məsələsində bitərəf qalmalıdır” - Fransa XİN rəhbəri

“Rəsmi Paris Qarabağ məsələsində bitərəf qalmalıdır” - Fransa XİN rəhbəri

Tarix: 14 Oktyabr 2020 10:36

1994-cü ildə Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) tərəfindən Rusiya, ABŞ və bizə verilən səlahiyyət bitərəf qalmağımızı tələb edir.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Fransa Xarici İşlər naziri Lö Drian Fransa parlamentində çıxışı zamanı ermənipərəst millət vəkillərinin Dağlıq Qarabağ problemində Ermənistanı dəstəkləmə çağırışlarına cavab olaraq bildirib.

ATƏT-in Minsk qrupunun həmsədrləri olan ABŞ, Rusiya və Fransanın Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik rolunu oynadığını deyən Lö Drian, "İki ölkədən birini dəstəkləsək, qanuni hərəkət etmərik", - qeyd edib.

O, ölkəsinin Azərbaycanla uzunmüddətli əlaqələrinin olduğunu da sözlərinə əlavə edib.


Etiketlər:  Rəsmi Paris Qarabağ məsələsində bitərəf qalmalıdır Fransa XİN rəhbəri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ