Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Oktyabr 2020 12:36
Ermənistan silahlı qüvvələri ağır artilleriyadan istifadə etməklə yaşayış məntəqələrimizi atəşə tutmağa davam edir.
Sonxeber.net qafqazinfo-ya istinadən bildirir ki, düşmən tərəfindən atılan mərmi Ağdamın Baharlı qəsəbəsində daha bir evin dağılmasına və tövlənin yanmasına səbəb olub.
Qeyd edək ki, bu gün ermənilər sözügedən qəsəbədə iki mülki vətəndaşımızı - 1969-cu il təvəllüdlü Vəliyev Şahsuvar Millət oğlu və 1979-cu il təvəllüdlü Musayev Loğman Yusif oğlunu yaralayıb.