Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Oktyabr 2020 15:18
Bakı. Trend:
Türkiyənin Hatay şəhərində Böyükşehir bələdiyyəsi Ermənistanın Azərbaycana hücumlarını pisləyib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Böyükşehir bələdiyyəsinin sədri Lütfi Savaş bələdiyyə məclisində çıxışı zamanı bildirib ki, beynəlxalq hüquq çərçivəsində özünümüdafiə və ərazi bütövlüyünü qorumaq hüquqlarını həyata keçirmək istəyən Azərbaycanın Qarabağdakı əməliyyatlarını dəstəkləyirlər. 30 ilə yaxındır Dağlıq Qarabağın Ermənistanın işğalı altında olduğunu xatırladan bələdiyyə sədri qeyd edib ki, son hücumları Ermənistanın hansı məqsəd güddüyünü açıq-aşkar göstərir.
"Bütün Türkiyə və Hatay vilayəti azərbaycanlı qardaşlarımızın yanındadır. Sevincləri sevincimiz, kədərləri kədərimizdir. Millətimizin həmrəyliyini bir daha daha güclü şəkildə vurğulayırıq" - deyə L.Savaş qeyd edib.