Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Oktyabr 2020 11:44
Bakı. Trend:
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 15-də 41,9 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,67 dollar/barel azdır.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 41,42 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,65 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 41,24 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,64 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 41,08 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,67 dollar/barel azdır.