Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Oktyabr 2020 12:22
"Azərişıq" ASC Goranboy EŞ-nin xidməti ərazisində yerləşən Rus Borisi kəndində yenidənqurma işlərinə start verib. Bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.
Qurumdan Sonxeber.net-a verilən məlumata görə, ilk dəfə 1949- cu ildə elektrik enerjisi ilə təchiz edilən Rus Borisi kəndinin hazırda 202 abonenti var.
Yenidənqurma işləri görülməsi üçün əraziyə metal dayaqlar, kabellər, anker sıxaclar və s. mal- materal göndərilib.
Rus Borisi kəndi 2004 -cü ildə quraşdırılan 35/10 kV-lıq Gülüstan y/st - dan qidalanır.