Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyə parlamentinin sədri Milli Məclisdə çıxış edəcək

Türkiyə parlamentinin sədri Milli Məclisdə çıxış edəcək

Tarix: 16 Oktyabr 2020 17:18

Milli Məclisinin 2020-ci il oktyabrın 20-də keçiriləcək iclasının gündəliyi məlum olub.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, iclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. Türkiyə Böyük Millət Məclisinin sədri cənab Mustafa Şentopun çıxışı.

2. "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

3. "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

4. "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

5. "Peşə təhsili haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).


Etiketlər:  Türkiyə parlamentinin sədri Milli Məclisdə çıxış edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ