Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Oktyabr 2020 11:27
Gəncə şəhərində dağıntılar arasında yeniyetmənin şəxsiyyət vəsiqəsi aşkar edilib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz "Twitter" səhifəsində yazıb.
O bildirib ki, Ermənistanın Gəncə şəhərinə raket hücumu nəticəsində baş verən dağıntıların arasında Nigar Əsgərovanın şəxsiyyət vəsiqəsi tapılıb: "Sabah, oktyabrın 18-də onun ad günü olacaqdı".
Qeyd edək ki, Gəncənin mərkəzi hissəsinin raket atəşinə tutulması nəticəsində 13 nəfər həlak olub, 50-dən çox sakin yaralanıb.